28/05/2021
11:27
1056
| A A A
Valencia-nın yeni baş məşqçisi müəyyənləşdi

Valencia-nın yeni baş məşqçisi müəyyənləşib.

Goal.az xəbər verir ki, La Liqa təmsilçisini bundan sonra Xose Bordalas çalışdıracaq.

57 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

İspaniyalı məşqçinin son klubu Getafe olub. O, 2016-cı ildən bu komandaya rəhbərlik edirdi. Getafe La Liqada son mövsümü 15-ci sırada bitirib.

Valencia isə geridə qalan mövsümü 13-cü pillədə başa vurub. Klub rəhbərliyi mövsümün sonuna bir neçə tur qalmış baş məşqçi Xavi Qrasiyanı istefaya göndərmiş, komandanı müvəqqəti olaraq Salvador Qonsalesə həvalə etmişdi.