01/06/2021
22:55
2517
| A A A
Real Madrid-in yeni baş məşqçisi bilindi — RƏSMİ

Karlo Ançelottinin Real Madrid-i çalışdıracağı rəsmən açıqlanıb.

Goal.az xəbər verir ki, bu barədə Madrid klubunun saytı məlumat yayıb. İtaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. O, bu vəzifədə Zinəddin Zidanı əvəzləyib.

Qeyd edək ki, Karlo Ançelotti 2013-2015-ci illərdə də Madrid klubunu çalışdırıb. O, son olaraq İngiltərə Everton-unun baş məşqçisi olub.