02/06/2021
17:05
3424
| A A A
Aqueronun maaşı bilindi

Barcelona-nın yeni transferi Serxio Aqueronun maaşı açıqlanıb.

Goal.az xəbər verir ki, 33 yaşlı hücumçu Kataloniya təmsilçisində bir mövsüm ərzində 6 milyon avro qazanacaq.

O, Manchester City-də vergilər çıxılmadan illik 23 milyon avro məvacib alırdı.

Qeyd edək ki, Barcelona Aquero ilə iki illik müqavilə imzalayıb.