03/06/2021
15:40
2466
| A A A
La Liqa klubunda yeni müqavilə

Elche klubu baş məşqçisi Fran Eskriba ilə müqavilənin müddətini uzadıb.

Goal.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə 56 yaşlı ispan mütəxəssisin qarşıdakı mövsümdə də bu komandaya rəhbərlik edəcəyi diqqətə çatdırılıb.

Qeyd edək ki, Eskriba bu ilin fevralında baş məşqçi təyin olunmuşdu. Onunla anlaşma mövsümün sonuna kimi idi. Eskriba 2012-2015-ci illər aralığında da Elche-yə rəhbərlik edib.