04/06/2021
14:22
1371
| A A A
Kroyffun oğlu Barcelona-ya keçdi

Barcelona-nın sabiq futbolçusu və baş məşqçisi Yohan Kroyffun oğlu Jordi Kroyff Kataloniya klubunda çalışacaq.

Goal.az xəbər verir ki, Kroyff klubun prezidenti Xuan Laportanın müşaviri təyin olunub. Bu barədə Barcelona-nın mətbuat xidməti məlumat yayıb. Jordi Kroyff avqustun 1-dən yeni işinə başlayacaq.

Jordi Kroyff futbolçu karyerasına 1994-cü ildə Barcelona-da başlayıb.