05/06/2021
15:55
2708
| A A A
Barcelona Kumanla bağlı rəsmi qərarını verdi

Barcelona-nın prezidenti Joan Laporta baş məşqçi Ronald Kumanla yolların ayrılmayacağını təsdiqləyib.

Goal.az xəbər verir ki, Kataloniya klubunun rəsmi tvitter hesabında başqanın söylədiyi iki cümlə ictimaiyyətə çatdırılıb:

"Biz müəyyən məşvərətlərdən sonra Kumanla əməkdaşlığı davam etdirməyə qərar verdik. Onun müqaviləsinin müddəti bitməyib".

Kuman Barcelona-nı 2020-ci ilin avqustundan çalışdırır. Onun rəhbərlik etdiyi komanda son mövsümdə 79 xal toplayaraq İspaniya Primyerasının bürünc medallarıyla kifayətlənib.