06/06/2021
14:51
1760
| A A A
Atletico Madrid Simeone ilə razılaşdı

Atletico Madrid-də baş məşqçi Dieqo Simeone ilə yeni müqavilə danışıqları yekunlaşıb.

Goal.az xəbər verir ki, tərəflər arasında razılıq əldə olunub.

Atletico yaxın zamanda Simeone ilə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalayacaq.

2012-ci ildən Atletico-nu çalışdıran argentinalı mütəxəssisin indiki müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Atletico La Liqada son mövsümün qalibi olub.