06/06/2021
16:31
3853
| A A A
Ramos qərarını verdi

Müqaviləsinin müddəti iyunun sonuna qədər olan Real Madrid-in kapitanı Serxio Ramos qərarını verib.

Goal.az xəbər verir ki, 35 yaşlı müdafiəçi “kral klubu”nu tərk edəcək.

Ramos Real-la yeni müqavilə imzalamayacaq və iyulun 1-də klubu azad agent olaraq tərk edəcək.

İspan müdafiəçi ilə Manchester City və PSG maraqlanır.