09/06/2021
10:40
1896
| A A A
La Liqa klubunda 10 illik müqavilə

Osasuna futbolçusu Yon Monkayola ilə müqavilənin müddətini uzadıb.

Goal.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ilə 10 illik yeni sözləşmə imzalanıb.

Klub ispaniyalı oyunçuya ilk 2 il üçün 22 milyon, növbəti illər üçün isə 20 milyon avro təzminat qiyməti qoyub.

Qeyd edək ki, 2019-cu ildən Osasuna-nın əsas komandasında çıxış edən Yon Monkayola 63 oyunda 3 qol vurub.