11/06/2021
14:20
2265
| A A A
La Liqada mövsümün futbolçusu seçildi

İspaniya La Liqasında 2020/21 mövsümünün ən yaxşı futbolçusu məlum olub.

Goal.az xəbər verir ki, bu, Atletico Madrid-in qapıçısı Yan Oblakdır. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Oblak La Liqada ötən mövsüm 38 oyunda 25 qol buraxıb, 18 matçda isə “çərçivə”ni toxunulmaz saxlayıb.

Atletico La Liqada 2020/21 mövsümünün qalibi olub.