21/06/2021
15:45
3521
| A A A
La Liqaya yüksələn sonuncu klub bilindi

Yeni mövsümdə İspaniya La Liqasında mübarizə aparacaq sonuncu – üçüncü klub da bəlli olub.

Goal.az xəbər verir ki, Sequndanın pley-off mərhələsinin qalibi Rayo Vallecano olub.

Rayo Vallecano ilk oyunda Girona-ya 1:2 hesabıyla uduzsa da, cavab matçında rəqibini 2:0 hesabıyla məğlub edərək, La Liqaya vəsiqə qazanıb.

Bundan əvvəl Mallorca və Espanyol elitaya vəsiqə qazanmışdı.