10/07/2021
15:27
6208
| A A A
Barcelona-nın yeni transferinin məvacibi azaldıldı

Niderlandlı hücumçu Memfis Depay “Barselona”da müqaviləsində göstəriləndən 30 faiz az məvacib alacaq.

Goal.az xəbər verir ki, 27 yaşlı hücumçu illik 7 deyil, 5 milyon avro qazanacaq. Barcelona-da maliyyə problemləri var və Depay klub rəhbərliyi ilə görüşərək, məvacibinin azaldılmasına razılıq verib.

Depay bir müddət əvvəl Barcelona ilə 2 illik müqavilə imzalayıb.