21/07/2021
21:11
2225
| A A A
Alaba nömrə seçimini etdi

Real Madrid yeni transferi David Alabanın forma nömrəsi məlum olub.

Goal.az xəbər verir ki, avstriyalı müdafiəçi Madrid komandasında 4 nömrəli formada çıxış edəcək.

Alaba Real-la müddəti 2026-cı ilin yayına qədər olan sözləşmə imzalayıb.

Real-da daha əvvəl 4 nömrəli formanı bir müddət əvvəl klubu tərk edən Serxio Ramos geyinirdi.