18/09/2021
11:22
1989
| A A A
Barcelona-nın zərəri açıqlandı

Barcelona-nın 2020/21 mövsümü üçün maliyyə hesabatı açıqlanıb.

Goal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə, Kataloniya təmsilçisinin 481 milyon avro zərərə uğradığı bildirilib.

Barcelona-da oktyabrın 6-dan etibarən maliyyə problemlərinə səbəb olan şəxslərin tapılması üçün bütün işçilərin yoxlanılmasına başlanacaq. Rəhbərlik 2021/22 mövsümündə bu çətinliklərlə üzləşməmək məqsədi ilə klubda ciddi dəyişikliklər etmək niyyətindədir.

Barcelona La Liqanın turnir cədvəlində 7 xalla 7-cidir.