20/09/2021
12:28
1411
| A A A
Athletic Bilbao-nun futbolçusundan əla göstərici

Athletic Bilbao İspaniya La Liqasının 5-ci turunda səfərdə Atletico Madrid-lə qolsuz bərabərə qalıb.

Goal.az xəbər verir ki, sözügedən qarşılaşmada Bilbao təmsilçisinin ispan hücumçusu İnyaki Uilyams yeni rekorda imza atıb. Belə ki, 27 yaşlı futbolçu Atletico-ya qarşı oyunda da iştirak edərək, Athletic-lə ardıcıl 200-cü matçına çıxıb.

Uilyams bir komanda ilə ardıcıl 200 oyuna çıxan ilk futbolçu olub.

Qeyd edək ki, İnyaki 2015-ci ildən Athletic-də çıxış edir.