20/09/2021
12:59
1855
| A A A
Real Madrid-dən rekord

Real Madrid öz rekordunu yeniləyib.

Goal.az xəbər verir ki, "kral klubu" buna Valencia-nı 2:1 hesabı ilə məğlub etdiyi La Liqanın V tur oyununda nail olub.

Beləliklə, paytaxt təmsilçisi səfərdəki məğlubiyyətsizlik seriyasını 18 matça çatıb. Madridlilər 1996-cı martından 1997-ci ilin fevralınadək, həmçinin 2016-cı ilin yanvarından dekabrınadək səfərdə 18 qarşılaşmada məğlubiyyət üzü görməyib.

Bundan əlavə, Real Madrid ev və səfər daxil olmaqla, 10 oyundur uduzmur.