22/11/2021
14:22
2121
| A A A
La Liqa klubunda məşqçi ayrılığı

Elche baş məşqçisi Fransisko Eskriba ilə yollarını ayırıb.

Goal.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Komandanın uğursuz çıxışları çalışdırıcının göndərilməsi ilə nəticələnib.

Elche son olaraq ötən gün Real Betis-ə uduzaraq (0:3) ardıcıl 6-cı məğlubiyyətini alıb. Komanda 14 turdan sonra 18-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Eskriba bu ilin yanvarından Elche-ni çalışdırırdı. Onun gələn ilin yayına qədər müqaviləsi var idi.