06/12/2021
12:29
3750
| A A A
Real Madrid-də ağır itki

Real Madrid ciddi itkiylə üzləşib.

Goal.az xəbər verir ki, Madrid təmsilçisinin hücumçusu Kərim Benzema sıradan çıxıb. Bu barədə AS nəşri məlumat yayıb.

Benzema La Liqanın 16-cı turunda Real Sociedad-la keçirilən səfər matçında (2:0) zədələnib.

Fransalı futbolçu zədə səbəbindən Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində İnter-lə (İtaliya) keçiriləcək matçı buraxa bilər.

Qeyd edək ki, dekabrın 7-də keçiriləcək Real Madrid – İnter matçı saat 00:00-da başlayacaq.