26/02/2023
15:48
1663
| A A A
Atletico-nun futbolçusu üçün mövsüm bitdi

Atletico-nun futbolçusu Reynildo Mandava zədələnib.

Goal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı müdafiəçi Real-la 1:1 hesablı heç-heçə etdikləri oyunda sıradan çıxıb. O, meydanı xərəkdə tərk edib.

Mandavaya sağ diz bağının yırtığı diaqnozu qoyulub. Onun üçün mövsüm erkən başa çatıb.

Qeyd edək ki, Reynildo bu mövsüm Atletico-nun heyətində bütün turnirlərdə 33 oyuna çıxıb.

GÜNÜN ƏN ÇOX OXUNANLARI