Real-ın gənc futbolçusu tarixə keçdi
Real Madrid gənc futbolçusu Alvaro Rodriqes İspaniya La Liqasının 23-cü turunda Atletico-ya qarşı keçirilən matçda (1:1) qol vurub.
Goal.az xəbər verir ki, 18 yaşlı forvard 21-ci əsrdə Madrid derbisində qol vuran ən gənc oyunçu olub. Rodriqes 18 yaş 226 günlüyündə bunu bacarıb.
Alvarodan əvvəl bu rekord Real-ın sabiq hücumçusu Qonsalo İquainə aid idi. Argentinalı keçmiş forvard 2007-ci ildə 19 yaş 76 günlüyündə Madrid derbisində fərqlənmişdi.