El Klasiko öncəsi Barcelona-da şok itki
Barcelona-nın futbolçusu Robert Levandovski zədələnib.
Goal.az xəbər verir ki, 35 yaşlı hücumçunun əzələsində problem aşkarlanıb.
Polşalı forvard martın 2-də səfərdə Real Madrid-ə qarşı keçirəcəkləri İspaniya Kubokunun ilk yarımfinal oyununu buraxacaq.
Levandovskinin martın 19-da La Liqanın XXVI turunda məhz "kral klubu" ilə görüşdə sıraya dönəcəyi gözlənilir.
Qeyd edək ki, komandalar arasındakı cavab matçı aprelin 5-də olacaq.