Ulduz futbolçu üçün mövsüm bitdi
Real Betis ciddi itki ilə üzləşib.
Goal.az xəbər verir ki, La Liqa təmsilçisinin yarımmüdafiəçisi Nabil Fekir sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Sol dizinin çarpaz bağları qopan fransalı futbolçu mövsümün qalan hissəsini buraxacaq.
Fekir bu sezon 20 oyunda 9 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.