01/03/2023
21:57
3127
| A A A
Vinisiusa qarşı irqçilik edən azarkeşin cəzası açıqlandı

Real Madrid-in hücumçusu Vinisius Juniora qarşı irqçilik edən azarkeşin cəzası açıqlanıb.

Goal.az xəbər verir ki, kimliyi müəyyənləşdirilən həmin şəxs 4 min avro cərimə olunub.

Bundan başqa o, qarşıdakı bir il ərzində stadionlara girməkdən məhrum edilib. Sözügedən azarkeş nəinki futbol, hətta digər idman növlərinin keçirildiyi arenalara da buraxılmayacaq.

Xatırladaq ki, hadisə İspaniya La Liqasının 20-ci turu çərçivəsində fevralın 5-də keçirilmiş Mallorca – Real Madrid matçında qeydə alınmışdı. Meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə bitən matçda Vinisius 90 dəqiqə mübarizə aparmışdı.

GÜNÜN ƏN ÇOX OXUNANLARI