Barcelona Ronaldinyonun oğluyla müqavilə bağladı
Əfsanəvi Ronaldinyonun oğlu Joao Mendeş de Assis Moreyranın Barcelona-ya keçidi rəsmiləşib.
Goal.az xəbər verir ki, 18 yaşlı hücumçu yeni komandası ilə 1,5 illik müqavilə imzalayıb.
Ölkəsində Cruzeiro-nun yetirməsi olan Joao Mendeş Kataloniya təmsilçisinin U-19 komandasında çıxış edəcək.
Qeyd edək ki, Ronaldinyo 2003-2008-ci illərdə Barcelona-nın formasını geyinib.