Simeone Atletico-nun rekordçusu oldu
Atletico Madrid La Liqanın XXIV turunda Sevilla-nı qəbul edib.
Goal.az xəbər verir ki, bu oyun Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeonenin komanda ilə 613-cü görüşü olub. Argentinalı mütəxəssis oyun sayında klubun rekordçusuna çevrilib.
Simeone Atletico-nu ən çox oyuna çıxaran baş məşqçi ünvanını qazanıb. O, hesabında 612 oyun olan keçmiş çalışdırıcı Luis Araqonesi qabaqlayıb.
Atletico Simeonenin rəhbərliyi altında 358 qələbə qazanıb, 111 dəfə uduzub.