04/08/2021
15:25
814
| A A A
Zirə-də yeni transfer

"Zirə" yeni futbolçu ilə anlaşıb.

Goal.az xəbər verir ki, Georgi Stoilovla müqavilə bağlanıb. Şimali makedoniyalı yarımmüdafiəçi ilə 2+1 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, 25 yaşlı futbolçunun son klubu “Akademiya Pandev” olub. O, daha əvvəl ölkəsində “Horizont Turnovo” klubunda da çıxış edib. Stoilov həmçinin, Şimali Makedoniya yığmasında da 2 oyun keçirib.