20/09/2021
15:33
1862
| A A A
Ançelotti 800-ə çatdı

La Liqanın 5-ci turunda Valencia ilə oyun Real Madrid-in baş məşqçisi Karlo Ançelotti üçün əlamətdar olub.

Goal.az xəbər verir ki, Madrid klubunun 2:1 hesabı ilə qalib gəldiyi görüş italiyalı mütəxəssisin Avropanın əsas liqalarında 800-cü matçı olub.

O, La Liqada Real-ın sükanı arxasında 81 oyuna çıxıb. 62 yaşlı məşqçi həmçinin, İtaliyada Parma (68), Juventus (84), Milan (283) və Napoli-ni (53), İngiltərədə Chelsea (76) və Everton-u (58) , Fransada PSG (57), Almaniyada Bayern Münich-i (40) çalışdırıb.