05/05/2021
18:51
1528
| A A A
AFFA-dan Zirə-nin futbolçusuna 4 oyunluq cəza

AFFA İntizam Komitəsi “Zirə”nin futbolçusu Lazar Corceviçi 4 oyunluq cəzalandırıb.

Goal.az xəbər verir ki, serbiyalı futbolçu Azərbaycan kubokunun yarımfinalında “Keşlə” ilə görüşdə “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün bu cəza ilə üzləşib. Klub isə buna görə 3200 manat cərimə olunub.

Xatırladaq ki, Corceviç "Keşlə"nin futbolçusu Anatoli Abanqı vurduğu üçün qırmızı vərəqə almışdı.