06/05/2021
14:24
1434
| A A A
Tanınmış qapıçı irqçi mesajına görə qovuldu

Almaniyanın millisinin sabiq qapıçısı Yens Lemann Hertha klubunun Direktorlar Şurasından kənarlaşdırılıb.

Goal.az xəbər verir ki, buna veteran qolkiperin yığmadan keçmiş komanda yoldaşı Dennis Aoqoya irqçi mesaj göndərməsi səbəb olub.

Lemann Manchester City və PSG klubları arasında UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçı zamanı "Dennis həqiqətən sizin rəmzi qara sevgilinizdir" cümləsini səhvən sabiq müdafiəçiyə göndərib.

Həmin mesajı instaqramda paylaşan Aoqo bu sözləri yazıb: "Sən ciddisən? Yəqin ki, bu sözlər mənim üçün nəzərdə tutulmayıb".

Lemann etdiyi hərəkətə görə üzr istəsə də, bu, onun klubda qalmasına kömək etməyib.

Qeyd edək ki, 1995 - 2008-ci illərdə millinin formasını geyinmiş Yens Lemann İtaliyanın Milan, İngiltərənin Arsenal və ölkəsinin Borussia Dortmund klublarında da çıxış edib. (report)