06/05/2021
14:54
2455
| A A A
Kasilyasın səhhəti yenidən pisləşib

İspaniya millisinin və Real Madrid-in sabiq qapıçısı İker Kasilyasın səhhətində yenidən problem yaranıb.

Goal.az xəbər verir ki, veteran qolkiper aprelin 28-i gecə saatlarında döş qəfəsindəki kəskin ağrılarla bağlı xəstəxanaya müraciət edib.

Amma müayinə zamanı onda infarkt riski aşkarlanmayıb. Kasilyas səhərə yaxın klinikanı tərk edib.

Qeyd edək ki, İker Kasilyas 2019-cu ildə Portuqaliyanın Porto komandasının məşqində infarkt keçirdiyi üçün əməliyyat olunub. O, 2020-ci ilin fevralında karyerasını başa vurub.