06/05/2021
15:55
2316
| A A A
Vinisius Junior: "Bəlkə də yenilgi qaçılmaz idi"

Real Madrid-in cinah hücumçusu Vinisius Junior Çempionlar Liqasının yarımfinalında Chelsea-dən aldıqları 0:2 hesablı məğlubiyyəti şərh edib.

Goal.az xəbər verir ki, birinci oyunda heç-heçə etdiyi (1:1) rəqibə ikinci matçda uzuraraq finala çıxa bilməyən madridlilərin braziliyalı oyunçusu UEFA-nın saytına belə danışıb:

"Çox yaxşı komandaya qarşı oynadıq və bütün gücümüzü ortaya qoyduq. Təəssüf ki, uduzduq. Açığı, məğlubiyyəti qəbul etmək çox çətindir. Amma bu, futboldur... Son illərdə çox titullar qazanmışıq. Bəlkə də bu dəfə yenilgi qaçılmaz idi. Əminəm ki, gələn mövsüm finalda oynayacağıq. Məğlubiyyətdən düzgün nəticə çıxarmalı, öz üzərimizdə səylə çalışmalıyıq". (fanat)