06/05/2021
16:54
1632
| A A A
Roma-da ağır itki

Roma-nın qapıçısı Pau Lopez 3 ay yaşıl meydanlardan kənarda qalacaq.

Goal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı qolkiper Avropa Liqasının yarımfinalında Manchester United-lə ilk görüşdə (2:6) zədələndiyi üçün əməliyyat olunacaq. Bu səbəbdən Lopez 3 ay komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Lopez bu mövsüm 34 matçda iştirak edib.