05/05/2021
23:07
2575
| A A A
Manchester United - Liverpool oyununun vaxtı müəyyənləşdi

İngiltərə Premyer Liqasının 34-cü turundan təxirə salınan Manchester United - Liverpool matçının vaxtı açıqlanıb.

Goal.az Premyer Liqanın saytına istinadən xəbər verir ki, görüş mayın 13-ü keçiriləcək və Bakı vaxtı ilə saat 23:15-də başlayacaq.

Xatırladaq ki, mayın 2-i keçirilməli olan sözügedən qarşılaşma Manchestet United azarkeşlərinin kluba etiraz əlaməti olaraq stadiona daxil olması səbəbindən qeyri-müəyyən vaxta təxirə salınmışdı.