06/05/2021
13:25
1812
| A A A
Burak Yılmaz ayın futbolçusu seçildi

Lille klubunda aprel ayının ən yaxşı futbolcusu müəyyənləşib.

Goal.az xəbər verir ki, Türkiyə millisinin hücumçusu Burak Yılmaz Liqa 1 təmsilçisində ayın ən yaxşısı seçilib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. O, azarkeşlər arasında keçirilən sorğu nəticəsində ən yaxşı elan edilb.

Qeyd edək ki, Burak aprel ayında Lille-in heyətində 4 oyuna çıxıb. 35 yaşlı forvard bu görüşlərdə 3 qola imza atıb.

Türkiyəli futolçu dekabr ayında da bu komandanın ən yaxşısı seçilmişdi.