06/05/2021
16:28
1684
| A A A
Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizədlər bilindi

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Goal.az xəbər verir ki, bu ada İngiltərənin Chelsea klubundan N Qolo Kante ilə Kay Havertz, Manchester City-dən isə Ruben Diazla Riyad Mahrez iddia edir.

Kante evdə İspaniyanın Real Madrid komandasını 2:0 hesabı ilə məğlub etdikləri oyunda 88 faiz dəqiq ötürmə ilə oynayıb. Havertz həmin matçda məhsuldar ötürmə ilə yadda qalıb.

Mahrez Fransa PSG-sini eyni hesabla yendikləri görüşdə hər iki qolun müəllifi olub. Diaz isə 92 faiz dəqiq ötürmə verib və iki dəfə rəqib oyunçu ilə mübarizədən qalib ayrılıb.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.