06/05/2021
21:53
1727
| A A A
A Seriyasında yeni mövsümün başlama tarixi bilindi

İtaliya A Seriyasında yeni mövsümün başlama vaxtı açıqlanıb.

Goal.az xəbər verir ki, A Seriyasında yeni mövsüm avqustun 22-də başlayacaq və 2022-ci il, mayın 22-də başa çatacaq. İlk turun təqvimi hələ məlum deyil.

Qeyd edək ki, A Seriyasında bu mövsümün qalibi İnter-dir. “Neradzurri” sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirib.