11/05/2019
18:02
1615
| A A A
Van Persi karyerasını bitirir

Hollandiya millisinin sabiq hücumçusu Robin van Persi karyerasını bitirir.

Goal.az xəbər verir ki, Feyenoord-da çıxış edən 36 yaşlı forvard sabah vida matçına çıxacaq.

Bunu komandanın baş məşqçisi Covanni Van Bronxorst mətbuat konfransında açıqlayıb. O, Van Persinin sabah Ado Den Haag-la ev oyununda sonuncu dəfə meydana çıxacağını deyib.

Qeyd edək ki, Van Persi 2001-2004-cü illərdə də Feyenoord-da çıxış edib. O, Arsenal, Manchester United və Fenerbahçe-nın da şərəfini qoruyub. 102 dəfə Hollandiya millisinin formasını geyinən futbolçu 50 qola imza atıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39459 səs