18/05/2019
13:21
2672
| A A A
De Yonq mövsümün ən yaxşısı seçildi

Hollandiya Erediviziyasında 2018/19 mövsümünün ən yaxşı futbolçusu məlum olub.

Goal.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, Ajax-ın futbolçusu Frenki de Yonq, cari mövsümün ən yaxşısı seçilib.

De Yonq Erediviziyada 31 qarşılaşmada iştirak edərək, 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

22 yaşlı yarımmüdafiəçi mövsümün sonunda Barcelona-ya keçəcək. Kataloniya təmsilçisi de Yonq üçün Ajax-a 75 milyon avro ödəyəcək.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5147 səs