29/10/2019
12:59
1275
| A A A
Yap Stam istefa verdi

Feyenoord-un baş məşqçisi Yap Stam istefa verib.

Goal.az xəbər verir ki, 46 yaşlı mütəxəssis komandanın uğursuz çıxışlarına görə bu addımı atıb.

Hollandiyalı mütəxəssis öllkəsinin mətbuata açıqlamasında bu qərarının hamı üçün yaxşı olacağını bildirib: "Çox düşünəndən sonra belə bir yekun qərara gəldim ki, getməyim həm klub, həm oyunçular, həm də mənim üçün daha yaxşı olar” - deyə o bildirib.

Qeyd edək ki, Stam bu ilin mart ayında Feyenoord-da Covanni van Bronxorstu əvəzləmişdi. Onunla iki illik müqavilə imzalanmışdı. Komanda onun rəhbərliyi altında Hollandiya çempionatında keçirdiyi 11 oyundan sonra cəmi 14 xal toplayıb və 18 kollektiv arasında 12-ci sırada qərarlaşıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39279 səs