15/11/2019
23:01
3114
| A A A
Van der Sar Ajax-la yeni müqavilə imzaladı

Ajax-ın icraçı direktoru Edvin Van der Sarla yeni müqavilə imzalayıb.

Goal.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandanın sabiq qapıçısı 2023-cü ilin noyabrına kimi hazırkı vəzifəsini icra etməyə davam edəcək.

Qeyd edək ki, Van der Sar futbolçu olduğu dönəmdə 1990-1999-cu illərdə Ajax-da çıxış edib. O, 2011-ci ildə futbolçu karyerasını başa vurub. Van der Sar 2016-cı ildən Hollandiya təmsilçisinin icraçı direktorudur.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8834 səs