30/11/2019
12:16
2020
| A A A
Slutski istefa verdi

Vitess-in baş məşqçisi Leonid Slutski istefa verib.

Goal.az-ın məlumatına görə, 48 yaşlı rusiyalı mütəxəssis çempionatın 15-ci turunda Herenveen-ə 2:3 hesabı ilə uduzduqları matçdan sonra komandadan ayrıldığını açıqlayıb.

Qeyd edək ki, Leonid Slutski 2018-ci ilin yayından komandaya rəhbərlik edib. Vitess ötən mövsüm onun rəhbərliyi altında Hollandiya çempionatında 5-ci yeri tutub. Slutski 2015 - 2016-cı illərdə Rusiya yığmasında çalışıb.