27/03/2020
13:26
3158
| A A A
Ajax-ın futbolçusu 2 il 8 ay sonra komadan ayıldı

2 il 8 aydır komada olan Ajax-ın futbolçusu Abdelhak Nuri ayılıb.

Goal.az xəbər verir ki, bunu Niderland mətbuatına açıqlamasında gənc futbolçunun qardaşı bildirib. O, iki ildən artıq komada qalan Nurinin tədricən özünə gəldiyini deyib:

“Artıq komada deyil, asqırır, qaşları ilə bizə işarə edir və yemək yeyir. Ancaq hələ yataqdan qalxa bilmir” – deyə o qeyd edib.

2017-ci ilin iyul ayında Werder Bremen-lə yoxlama oyununda Abdelhak Nurinin ürək ritmi pozulub. 22 yaşlı niderlandlı yarımmüdafiəçiyə 20 dəqiqə ürək masajı edilib. Daha sonra helikopterlə xəstəxanaya aparılan futbolçunun beynində ciddi problem olduğu müəyyənləşib.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5942 səs