25/04/2020
10:55
1130
| A A A
Niderland çempionatı ilə bağlı qərar verildi - RƏSMİ

Niderland çempionatının taleyinə aydınlıq gəlib.

Goal.az xəbər verir ki, çempionatda cari mövsümün ləğv olunmasına qərar verilib.

Bildirilib ki, çempion elan olunmayacaq və yüksək liqanı heç bir komanda tərk etməyəcək. Yeni mövsüm hazırkı 18 klubun iştirakı ilə başlayacaq.

Avrokuboklara vəsiqələrin sahibi isə turnir cədvəlindəki sıralamaya əsasən müəyyənləşəcək.

Qeyd edək ki, Niderland Erediviziyası martın 12-də koronavirus pandemiyası səbəbindən dayandırılıb.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5987 səs