25/06/2020
23:20
1365
| A A A
Niderlandda yeni mövsümün start tarixi açıqlandı

Niderland çempionatında yeni mövsümün başlayacağı tarix müəyyənləşib.

Goal.az xəbər verir ki, Erediviziyada yeni mövsümə sentyabrın 12-də start veriləcək.

Sentyabrdan oyunlarda azarkeşlərin iştirakına da icazə veriləcək. Lakin bunun üçün oturacaqlar arasında 1,5 metr məsafə olmasının məcburi olduğu qeyd olunub.

Erediviziyada cari mövsüm koronavirus səbəbiylə ləğv edilib.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
10873 səs