28/06/2020
10:00
3257
| A A A
Robben karyerasını bərpa etdi

Niderland yığmasının sabiq yarımmüdafiəçisi Aryen Robben yenidən futbola qayıdıb.

Goal.az xəbər verir ki, ötən mövsümün sonunda Bayern Münich-dən ayrılandan sonra karyerasını başa vurduğu bəyan edən 36 yaşlı vinger, bir illik fasilədən sonra ilk klubu Groningen-lə peşəkar müqavilə imzalayıb.

Qeyd edək ki, Robben peşəkar karyerasına məhz sözügedən Niderland klubunda başlayıb. O, daha sonra PSV, Chelsea, Real Madrid və Bayern Münich-də forma geyinib.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
10874 səs