13/12/2020
15:26
2972
| A A A
Ulduz futbolçu karyerasını bitirəcək

Ajax-ın hücumçusu Klaas-Yan Huntelaar bu mövsümün sonunda karyerasını başa vuracağını açıqlayıb.

Goal.az xəbər verir ki, bu barədə 37 yaşlı oyunçu yerli mediaya açıqlamasında bildirib:

"Futbol karyeramı bitirəcəyəm. Son bir aydır bu barədə düşünürdüm. Düşünürəm ki, bu, mənim son mövsümümdür. Karyeramı başa vurduqdan sonra əvvəlcə istirahət edəcəyəm, ailəmlə birlikdə evdə olacağam. Sonra isə məşqçi diplomu almağı düşünürəm".

Qeyd edək ki, niderlandlı oyunçu karyerası ərzində Ajax-la yanaşı, Heerenven, Real Madrid, Milan və Schalke kimi klublarda oynayıb.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11022 səs