07/01/2021
17:55
3166
| A A A
Van Nistelroyun yeni klubu müəyyənləşdi

Niderland millisinin sabiq futbolçusu Ruud van Nistelroyun yeni iş yeri məlum olub.

Goal.az xəbər verir ki, keçmiş hücumçu yeni mövsümdə PSV klubunun U-21 komandasına baş məşqçilik edəcək. Bu barədə Eyndhoven təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Futbolçu karyerası ərzində Manchester United, Real Madrid, Hamburg, Malaga, PSV kimi klublarda çıxış edən Nistelroy, son olaraq Niderland yığmasında köməkçi məşqçi kimi çalışırdı.

Nistelroy futbolçu kimi Niderland yığmasında 70 oyuna 35 qol vurub.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11022 səs