19/04/2021
11:27
2543
| A A A
Niderland kubokunun qalibi bilindi

Rotterdamdakı "De Kuyp" stadionunda Ajax və Vitess komandaları arasında Niderland Kubokunun final oyunu keçirilib.

Goal.az xəbər verir ki, qarşılaşma Amsterdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 23-cü dəqiqədə Ajax-ın yarımmüdafiəçisi Rayan Qravenberx açıb. Bundan 8 dəqiqə sonra Vitess-in hücumçusu Lua Openda bərabərlik qolunu vurub. 85-ci dəqiqədə onun komanda yoldaşı Yakob Rasmussen qırmızı vərəqə alıb.

Ajax say üstünlüyündən 90+1-ci dəqiqədə yararlanıb. David Neres fərqlənərək, komandasına 20-ci dəfə Niderland Kubokunu qazandırıb.

GÜNÜN ƏN ÇOX OXUNANLARI