29/07/2021
17:41
4442
| A A A
Niderlandlı məşhur hakim karyerasını bitirir

Niderlandlı FİFA referisi Byörn Kuypers hakimlik karyerasını bitirəcək.

Goal.az xəbər verir ki, 48 yaşlı referi son olaraq avqustun 7-də, Niderland Super Kuboku çərçivəsində keçiriləcək Ajax – PSV matçını idarə edəcək.

Kuypers hakimlik karyerasına 2002-ci ildə başlayıb. O, 2 dəfə dünya, 3 dəfə Avropa çempionatında iştirak edib. Bundan başqa, niderlandlı referi Çempionlar Liqasında 1, Avropa Liqasında isə 2 dəfə final matçında ədalət təmsilçisi olub.

Kuypers bu il keçirilən Avropa çempionatının final görüşünü idarə edib.