Ajax-da yeni müqavilə
Ajax futbolçusu Edson Alvareslə müqaviləni yeniləyib.
Goal.az xəbər verir ki, meksikalı müdafiəçiylə yeni sözləşmənin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Meksika millisinin də üzvü olan Alvares 2019-cu ilin yayından Ajax-da çıxış edir.